Simsar.az | bizi özünüzə Simsar bilin
MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI OKTYABRIN 3-DƏ BAŞLAYACAQ

Azərbaycan Milli Məclisinin payız sessiyası oktyabrın 3-də öz işinə başlayacaq

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu çərşənbə axşamı bildirib ki, Milli Məclisin payız sessiyası oktyabrın 1-də öz işinə başlamalıdır.

"Lakin parlamentin daxili nizamnaməsinə görə, ayın 1-i və 2-si qeyri-iş günlərinə düşürsə, sessiya öz işinə növbəti gün başlayır", - Təvəkküloğlu deyib.

Təvəkküloğlu parlament komitələrinin iclaslarının sentyabrın 10-dan sonra öz işinə başlayacağını bildirib.

Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasının ilk iclasında istər sentyabr ayında komitələrdə müzakirə olunacaq qanun layihələri, istərsə ötən sessiyadan qalmış qanun layihələri 2-ci və ya 3-cü oxunuşda müzakirəyə çıxarılacaq.

6 Sentyabr, 2011  22:13 Baxılıb: 889

Bu bölmədə