Simsar.az | bizi özünüzə Simsar bilin
"ÜZR, TƏZMİNAT VƏ QƏZZADAKI MÜHASİRƏNİN QALDIRILMASINI İSTƏYİRİK"

Ərdoğan bəyan etdi

Jurnalistlərin suallarını cavablaran Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı tətbiq olunan sanksiyalar barədə danışıb.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İsraili “ərköyün oğlan” adlandıran Ərdoğan deyib: “İsrail indiyədək həmişə "ərköyün oğlan" rolunu oynayıb. 9 vətəndaşımızın hüquqlarını tələb edirik. Üzr, təzminat və Qəzzadakı mühasirənin qaldırılmasını istəyirik. Zamanı gəldikdə üzr istəyərik dedilər, bunu fərqli şəkildə ifadə etmək istədilər. Bu hesabat, əslində, İsrailin ümidlərinə cavab verən qərar deyil. Cenevrə müqaviləsi açıq və dəqiq şəkildə ortadadır. Türkiyənin bu rəftarı qərarlı şəkildə davam edəcək. Ticarət və hərbi əlaqələr tamamilə təxirə salınacaq".

Türkiyənin Baş naziri hazırda Misir nümayəndələri ilə görüşdən sonra müəyyən addımların atılacağını vurğulayıb: "Bu görüş nəticəsində Qəzzaya səfər ola da bilər, olmaya da bilər. Aralıq dənizinin şərqi bizə yad deyil. Gəmilərimiz dəniz sularında tez-tez görünəcək və siz də çox görəcəksiniz"

Ərdoğan sonda diqqətə çatdırıb ki, BDP-nin məclisə gəlməməsi Türkiyənin demokratikliyinə kölgə sala bilməz. Uduzan onlardır. Amma mən yenə də deyirəm, əvvəl-axır parlamentə gələcəklər.

6 Sentyabr, 2011  20:58 Baxılıb: 1023

Bu bölmədə