Simsar.az | bizi özünüzə Simsar bilin
Səfər Əbiyev Qazaxıstanın müdafiə nazirini qəbul edib

Sentyabrın 6-da ölkəmizə işgüzar səfərə gələn Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekovla Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə iki qardaş ölkə və xalqlar arasında tarixi bağlılıqdan söhbət açan nazirlər əlaqələrin daha sıx perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsi görüşdə əsas müzakirə mövzusu olub. Həmçinin nazir Səfər Əbiyev həmkarını bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistanın işğalçılıq siyasəti haqda da məlumatlandırıb.

6 Sentyabr, 2011  19:10 Baxılıb: 954

Bu bölmədə