Simsar.az | bizi özünüzə Simsar bilin
ÜSYANÇILAR DAHA BİR ŞƏHƏRİ ALDI

Liviya üsyançıları ölkənin devrilmiş lideri Müəmmar Qəzzafinin gizləndiyi güman edilən Bani-Valid şəhərinin döyüşsüz təslim olmasına nail olublar

"Əl Cəzirə" bildirir ki, əldə edilmiş razılaşmalara görə, şəhəri müdafiə edən tayfalar az sonra üsyançıların şəhərə daxil olmasına şərait yaradacaqlar.

Liviya müxalifətçilərini birləşdirən Milli Keçid Şurası ilə şəhərə nəzarət edən "vərfalla" tayfasının ağsaqqalları arasında anlaşma Qəzzafi tərəfdarlarının bir dəstəsinin Bani Validi tərk etməsindən sonra mümkün olub.
Şəhərdə Müəmmar Qəzzafinin özü ilə yanaşı, oğulları Seyf əl İslam, Sədi və Mötəsimin də gizlənə biləcəkləri vurğulanır.

Qəzzafi tərəfdarlarının daldalandığı Sirt şəhərinə verilmiş ultimatumun vaxtı isə sentyabrın 10-da başa çatır.

6 Sentyabr, 2011  19:10 Baxılıb: 893

Bu bölmədə