Simsar.az | bizi özünüzə Simsar bilin
İRAN RUSİYANI BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERİB

İran Rusiyanı Beynəlxalq Məhkəməyə verib. Bu barədə İslam Respublikasının müdafiə naziri Əhməd Vahidi bildirib

Xəbəri MEHR agentliyi yayıb. Vahidi qeyd edib ki, şikayət vermək üçün əsas Rusiya tərəfinin S-300 zenit-raket kompleksləri haqqında müqaviləni yerinə yetriməməsidir.

Avqustun sonlarında Tehran Beynəlxalq Məhkəməyə müraciət edərək, Rusiyanın S-300 zenit-raket komplekslərini İrana satmaqdan imtina etməsi ilə bağlı şikəyət ərizəsi təqdim etmişdi.

"Hesab edirik ki, hüquqi cəhətdən S-300 komplekslərinin göndərilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə daxil deyil. Biz ərizə göndərmişik ki, məhkəmənin qərarı Rusiyaya bu tədarükü həyata keçirməyə kömək etsin və Rusiyanın hüquqi dəlili olsun", - İranın Moskvadakı səfiri Rza Səcadi bildirmişdi.

2010-cu ilin iyununda BMT TŞ İrana raketlər və raket sistemləri, tanklar, hücum helikopterləri, döyüş təyyarələri və gəmilər də daxil olmaqla, adi silahların satışına məhdudiyyət qoyub.

6 Sentyabr, 2011  17:46 Baxılıb: 913

Bu bölmədə