Simsar.az | bizi özünüzə Simsar bilin
Minlərlə misirli həcci baykot çağırışı ilə küçəyə çıxdı

Səudiyyə Ərəbistanı həbsxanalarında saxlanılan yüzlərlə misirlinin azadlığa buraxılması tələb olunur

Minlərlə misirli Səudiyyə Ərəbistanının yürütdüyü siyasətə qarşı küçələrə çıxıb. Onların əsas tələbləri Səudiyyə Ərəbistanı və İsrail səfirlərinin ölkədən çıxarılmasından, həmçinin həcc və ümrənin baykot edilməsindən ibarətdir.

SalamNews-un Mehrnews-a istinadən verdiyi xəbərə görə, dünən qəzəbli kütlə Səudiyyə Ərəbistanı həbsxanalarında saxlanılan yüzlərlə misirlinin azadlığa buraxılması tələbi ilə bu ölkənin Qahirədəki səfirliyinin qarşısına yığışıb. Səfir Əhməd Abdulla Əziz Qatan təhlükəsizlik xidməti əməkdaşlarının köməyi ilə səfirlik binasını tərk edib.

Xatırladaq ki, bir neçə gün öncə Ciddə aeroportunda xoşagəlməz hadisə baş verib. 4500 misirli zəvvar üç gün aeroprtda saxlanılıb.

6 Sentyabr, 2011  17:20 Baxılıb: 839

Bu bölmədə