Simsar.az | bizi özünüzə Simsar bilin
ELMAR VELİYEV YENƏ DƏ ELDAR ƏZİZOVUN "BOSTANINA DAŞ ATDI"

“Son 20 ildə Gəncədə heç bir uşaq bağçası təmir edilməyib”

 

 

Növbəti dərs ilində Gəncənin 49 məktəbində 36 min nəfərdən çox şagird təhsil alacaqdır. Yeni dərs ilinin başlanmasına az qalır. Bu mühüm tədbirə hazırlıqla əlaqədar Gəncə şəhər İcra Hakimiyyətində geniş müşavirə keçirilib. İcra hakimiyyətinin başçısı Elmar Vəliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində Gəncə şəhərində görülən işlərdən və həlli vacib problemlərdən danışıb. O, uğurları qeyd edilməklə yanaşı, bir sıra nöqsanları göstərilib, hər sahədə işlərin sürətləndirilməsi üçün konkret tövsiyə və tapşırıqlar verib.

Qeyd edilib ki, şəhərin sosial-iqtisadi həyatının hər sahəsində inkişafın vüsət aldığı bir dövrdə məktəblərin çoxunda hələ də laqeydlik davam edir. Bəzi məktəb direktorları tutduqları vəzifələrin məsuliyyətini dərk etmir, işə günün tələbləri səviyyəsində yanaşa bilmirlər. Ona görə də bir sıra yerlərdə yeni dərs ilinə hazırlığın vəziyyəti heç də lazımi səviyyədə deyildir. Bəzi məktəblərin dam örtükləri yararsız, dəhlizləri səliqəsiz, pəncərələri sınıq-salxaqdır.

Müşavirədə səhiyyə ocaqlarının və uşaq bağçalarının da vəziyyəti ətraflı təhlil edilib. Belə bir fakt vurğulanıb ki, son 20 ildə şəhərdə heç bir uşaq bağçası təmir edilməmişdir. Binaların çoxu yararsız vəziyyətdədir, avadanlıqlar köhnədir. Təlim-tərbiyə işləri müasir tələblərə cavab vermir.

Müşavirədə işlərin günün tələbləri səviyyəsinə qaldırılması üçün konkret tövsiyə və tapşırıqlar verilib. Məktəb direktorlarından tələb olunub ki, hər iş vaxtında görülməli, yeni dərs ilinə tam və mütəşəkkil surətdə hazırlaşmaq lazımdır.

6 Sentyabr, 2011  16:46 Baxılıb: 6025

Bu bölmədə