Simsar.az | bizi özünüzə Simsar bilin
"FACEBOOK"DA DAHA BİR YENİLİK

Statuslar tərcümə olunacaq

“Facebook”un yeniliklərinə daha biri əlavə edilib. Sosial şəbəkə nəhəngi olan “Facebook” tərcümə sistemini işə salıb.


Simsar.Az-ın verdiyi xəbərə görə, hər bir istifadəçi sosial şəbəkədə, başqa istifadəçilərin yazdığı status və şərhləri öz doğma dilinə, elə sosial şəbəkənin özündə tərcümə edə biləcək.

Bunun üçün “Facebook” rəhbərliyi hər şərhin altında yerləşən “like” (bəyənmək) düyməsinin yanında tərcümə düyməsi yerləşdirəcək. Düymənin üstünə tıklayandan sonra xarici dildə olan şərh və ya status həmin istifadəçinin “Facebook”da istifadə etdiyi dilə tərcümə olunacaq.

Bu sistem artıq bəzi istifadəçilərin “Facebook” hesabında işə düşüb. Yaxın günlərdə isə sistem bütün istifadəçilər üçün aktiv olacaq.

6 Sentyabr, 2011  16:46 Baxılıb: 1084

Bu bölmədə