Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi hardadır?

Ziddiyyətli xəbərlər gəlir

Sentyabrın 6-da Liviyanın devrilmiş diktatoru Müəmmər Qəddafi haqda ziddiyyətli məlumatlar yayılıb. “Reuters” xəbər verir ki, Müəmmər Qəddafiyə sadiq qüvvələrə məxsus 200-250 hərbi maşın sentyabrın 5-i axşam saatlarında Nigerə keçib. Əlcəzair ərazisi ilə hərəkət etdiyi bildirilən hərbi karvanın son dayanacağının Müəmmər Qəddafiyə və onun ailəsinə sığınacaq təklif etmiş Burkina-Faso olduğu güman edilir. Müəmmər Qəddafi və oğlu Seyfüislamın Liviyanı tərk edənlər arasında olduğu haqda məlumatlar var. 


Devrilmiş diktatorun rəsmi təmsilçisi Musa İbrahim isə sentyabrın 6-na keçən gecə Suriya televiziyalarından birinə açıqlamasında Müəmmər Qəddafinin ölkədə olduğunu deyib: “Qəddafi özünü əla hiss edir və Liviyanın müdafiəsini təşkil etməklə məşğuldur. Onun oğullları da Liviyadadır, ölkənin müdafiəsində önəmli rol oynayır və qurban getməyə hazırdırlar”.

Avqustun 23-də Liviya üsyançıları Müəmmər Qəddafinin paytaxt Tripolidəki qərargahını ələ keçirəndən devrilmiş diktatorun harada olduğu bilinmir. Ölkənin bəzi bölgələri, eləcə də Ben Valid və Sirt şəhərləri hələ də Müəmmər Qəddafi tərəfdarlarının əlindədir.

6 Sentyabr, 2011  16:38 Baxılıb: 885

Bu bölmədə