Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbyacn seçkilərdə Avropa yolu tutub

Bu barədə Əli Həsənov danışdı

Azərbaycan keçirdiyi seçkiləri Avropa Şurası ilə əlaqələndirmə yolunu tutub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa Şurasının təqdim etdiyi demokratik seçkilər sistemini seçib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Mərkəzi Seçki
Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslarda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Biz Avropa Şurasına qəbul olunandan sonra bütün seçki sisteminin, keçirilən seçkilərin AŞ ilə əlaqələndirmə yolunu tutmuşuq", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, 1995-ci ildən başlayaraq Azərbaycanda keçirilən seçkilər seçki sisteminin təşəkkül tapmasına şərait yaradıb.

6 Sentyabr, 2011  15:59 Baxılıb: 897

Bu bölmədə