Simsar.az | bizi özünüzə Simsar bilin
Davudoğlu söz verdi

Qəzza və İordan çayının qərb sahillərindəki qanunsuz hərəkətlər sona çatdırılmalıdır

Fələstin prezidenti Mahmud Abbasın xüsusi nümayəndəsi Nəbil Şaat ilə görüşən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəzza və İordan çayının qərb sahillərindəki qanunsuz hərəkətləri sona çatdırmaq üçün söz verib.

Simsar.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, xarici işlər naziri Əhməd Davudoğlu Qəzzə və İordan çayının qərb sahillərinin işğal altında tutulmasının qeyri-qanuni olduğunu və "onsuz da illegal olan bir tətbiqin bir də qeyri-qanuni bir mühasirəyə təhkim edilməsinin və bunun hüquqi sayılmasının mümkün olmadığını" söyləyib.

Davudoğlu Fələstinin dövlət başçısı Mahmud Abbasın xüsusi nümayəndəsi Nəbil Şaat ilə görüşməsindən sonra təşkil etdiyi mətbuat konfransında, Qəzza və İordan çayının qərb sahillərindəki qanunsuz tətbiqin sona çatdırılması üçün "beynəlxalq sahədə hüquqi mübarizəni davam etdirəcəklərini" bildirib.

Xarici işlər naziri Davudoğlu görüşdə iki mövzuya diqqət çəkib. Fələstin dövlətinin BMT-də tanınmasını deyib. Türkiyənin bu məsələdəki mövqeyinin çox dəqiq və açıq olduğunu vurğulayan Ə.Davudoğlu söyləyib: "Bu, əslində, çox gec qalmış bir qərardır. Fələstin xalqı, bütün digər şərəfli xalqlar kimi dövlət olaraq öz müstəqilliyinə sahib olmalıdır. Bunun dünya tərəfindən tanınmasını tələb etməkdə tamamilə haqlıdır”. Fələstin dövlətinin tanınmasını Fələstin xalqının "ən təbii haqqı" olduğunu vurğulayan Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tanınmanın beynəlxalq ictimaiyyətin borcu olduğunu və bu borcun ödənməsinin vaxtı çatdığını bildirib.

Türkiyənin Fələstin dövlətinin göstərdiyi diplomatik mübarizəyə hər cür dəstək verdiyini və verməyə də davam edəcəyini, bu mövzuda aparılan kampaniyanın birlikdə planlaşdırıldığını söyləyən Davudoğlu BMT-də Fələstinin tanınması üçün çalışacaqlarını bir daha qərarlılıqla vurğulayıb.

6 Sentyabr, 2011  13:38 Baxılıb: 843

Bu bölmədə