Simsar.az | bizi özünüzə Simsar bilin
“Porsche” “Ferrari”yə rəqib hazırlayır

Almaniyanın “Porsche” konserni “Ferrari”yə rəqib hazırlamaq qərarına gəlib.

Simsar.az-ın “Reuters”ə istinadla xəbərinə görə, yeni modelin qiyməti 250 – 400 avro arasında dəyişəcək.

Şirkətin rəhbəri Matias Müller qərarını belə əsaslandırıb: ““Porsche”nin 911 seriyasından olan ən bahalı avtomobilin qiyməti 250 000 avrodur. 918 seriyasında isə qiymət birbaşa 750 000-ə qalxır. Ortada qalan qiymət seqmentində isə “Ferrari” heç bir rəqib tanımadan qərar tutub. Bu seqmentdə olan idman avtomobillərinə hər zaman tələbat olub. Eynən bizim 80-ci illərdə buraxdığımız “959” modeli kimi”.

6 Sentyabr, 2011  03:54 Baxılıb: 1176

Bu bölmədə