Simsar.az | bizi özünüzə Simsar bilin
Hadisəyə “Vətən xaini” dedilər

“Vergini Türkiyəyə ödəyirəm” deyən müğənni etirazla qarşılanıb

Bir çox məşhurların səhnə aldığı Beynəlxalq Taşköprü Festivalında bu il Hadisə konsert proqramı ilə çıxış edib.

Simsar.az saytının ensonhaber.com-a istinadən verdiyi xəbərə görə, Taşköprü Festivalında müğənninin çıxışı etirazlarla yadda qalıb. Ağ mini paltarla səhnəyə çıxan Hadisə vergidən yayındığına görə, bəzi problemlər yaşayıb. "Vergimi Türkiyəyə ödəyirəm" deyən müğənni, gözləmədiyi reaksiyayla qarşılaşıb.

Konsertə gələn bir qrup insanlar ona “Vətən xaini" deyə etiraz ediblər və bildiriblər ki, müğənni vergiləri Taşkörpü bələdiyyəsinə ödəməlidir.

Səhnədə 2 saatlıq proqramla çıxış edəcəyi nəzərdə tutulan müğənninin konserti 1 saat yekunlaşıb.

Aynurə

5 Sentyabr, 2011  19:46 Baxılıb: 1146

Bu bölmədə