Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Həsənov mühazirə oxuyacaq

Prezident Admnstrasiyasının şöbə müdiri DSK üzvlərinə dərs keçəcək

Sabah Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dairə Seçki Komissiyaları sədrlərinə mühazirə oxuyacaq.

Simsar.az xəbər verir ki, mühazirə “Seçki (referendum) prossesində aşkarlıq institutları, onların həyata keçirilməsində KİV-lərin rolu” mövzusunda olacaq.

Həmçinin sabah Mərkəzi Seçki Komissiyasında (MSK) Ədiliyyə nazirinin müavini Vilyaət Zahirov “Seçki prosesi iştirakçılarının hüquq və vəzifələri”, MSK Katibliyinin müdiri Rövzət Qasımovun da “Yerli və beynəlxalq müşahidənin bəzi xüsusiyyətləri” mövzusunda mühazirə ilə çıxşları gözlənilir.

Xatırladaq ki, bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb. Ümumilikdə 125 DSK sədrlərinin iştirak etdiyi kurslar sentyabrın 11-dək davam edəcək və burada bir sıra dövlət qrumlarının yüksək vəzifəli şəxlərinin mühazirələri dinləniləcək.

5 Sentyabr, 2011  19:31 Baxılıb: 1000

Bu bölmədə