Simsar.az | bizi özünüzə Simsar bilin
İcra başçısından xalq artistinə təşəkkür məktubu

Nazpəri Dostəliyevanın İsmayıllı konserti uğurla başa çatıb.

Müğənninin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, xalq artistini açıq havada on minlərlə tamaşaçı izləyib. 

Konsertdə millət vəkilləri, rayonun rəsmi nümayəndələri və rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov da iştirak edib. “Sehir” adlanan musiqili gecənin aparıcısı Nazpəri Dostəliyevanın özü olub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nizami Ələkbərov konsertdən sonra xalq artistinə təşəkkür məktubu göndərib.

Qeyd edək ki, əyalətlərə silsilə konsertlər davam edəcək. Yeni ilə ərəfəsində Nazpəri Dostəliyevanın Şamaxıda geniş kütlə qarşısında konserti gözlənilir.

5 Sentyabr, 2011  18:27 Baxılıb: 1117

Bu bölmədə