Simsar.az | bizi özünüzə Simsar bilin
ZİYAFƏT ƏSGƏROV: "DEPUTATI ŞƏXSİ MƏSƏLƏLƏRLƏ BOĞURLAR"

"Bizdə sovet nostalgiyasından qalma düşüncə var"

"Əlbəttə, deputat ümumilikdə seçicilərin, bölgənin problemlərini öyrənib Milli Məclisin iclasında qaldırmalıdır. Ancaq bizdə deputatı şəxsi məsələlərlə boğurlar. İnanıram ki, bu problem zaman keçdikcə aradan qalxacaq”.

SalamNews-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, deputatın hüquq və vəzifələrinin Konstitusiyada göstərildiyini xatırladıb, deputatların əsas işinin qanunvericiliklə bağlı, həmçinin beynəlxalq təşkilatlarla işləmək olduğunu bildirib.

Z.Əsgərov deyib: “Ancaq bizdə sovet nostalgiyasından qalma bir düşüncə də var ki, məsələn, ay mənim evimi su basdı, evim uçdu, deputat baxmadı və s. Axı, bunlar deputatla bağlı məsələlər deyil. Düzdür, bu o demək deyil ki, deputat seçicilərdən kənarda qalmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda seçicilər hələ də deputatdan onun səlahiyyətindən artıq şeylər umurlar”.

5 Sentyabr, 2011  17:23 Baxılıb: 1470

Bu bölmədə