Simsar.az | bizi özünüzə Simsar bilin
İsraillilər türkiyəli sərnişinlərin şalvarlarını çıxartdırıb

"Xüsusi amansızlığı yalnız türklərə etdilər"

Ramazan bayramı tətilində Türkiyədən İsrailə gedən turist karvanı Təl-Əviv aeroportunda üzücü yoxlamaya və təzyiqlərə məruz qalıblar. Bu barədə Türkiyə mediası yazıb.


Mediaya danışan turistlər bildiriblər ki, onlar İsrailə gözəl niyyətlə, Qüdsü ziyarət etmək üçün yollanıblar, ancaq Təl-Əviv aeroportunda vərdiş etmədikləri davranışla üzləşiblər.

Teke soyadlı turist başlarına gələnləri qəzetçilər bu cür nəql edib: ''Məni və bir neçə yoldaşımı ayıraraq, uzun bir müddət gözlətdilər. Mail ünvanımız, cib telefonlarımız, ailəmiz, evli olub- olmadığımız, neçə uşağımız olduğuna qədər bütün məlumatları istədilər. 19.45 təyyarəsinə minmək üzrə aeroporta getdik. Saat 17-də sıraya girərək, çamadanlarımızı verdik. Çamadanlarımız ən incə nöqtəsinə qədər dəfələrlə axtarıldı. Sonra "içəri girin" dedilər. İki xüsusi təhlükəsizlik otağına girdik. Bu otaqda bir polis üzərimdəki hər şeyi çıxarmamı istədi. Həm əllə, həm də dedektörla axtarışa başladılar. Üzərimdəki şalvarımı da çıxarmamı istədilər. Mən etiraz etdim. "Dedektör siqnal verir, çıxar" deyə israr etdilər. Mən də bir tərcüməçi istədim. Mənə əllə toxunduqlarında onları itələdim. Bu sırada aeroporda nə qədər polis varsa mən olan otağa girdilər. Pərdəni çəkdilər. 'Niyə çıxarmırsan şalvarı" dedilər. "Mən müsəlmanım və şalvarımı çıxarmaram" dedim. "O zaman uça bilməzsən" dedilər. Mən də 'heç problem deyil, ölkəm məni buradan götürər, amma bu haqsızlığı və terrorist rəftarıa layiq deyilik" dedim. Daha sonra zorla şalvarımı açdırdılar.

Mən əsəbi bir şəkildə çölə çıxarkən türk qadınların da eyni şəkildə bu soyunma otaqlarına alındığını gördük. Bu bizi daha da üzdü. Bunu yalnız türklərə etdilər. Xüsusi otağa yalnız türkləri aparırdılar. Bizə qarşı dünyada heç bir ölkənin edə bilməyəcəyi şəkildə həyasızcasına davrandılar. Biz Türkiyə olaraq bunu qəbul edə bilmərik".

Təkə, bu gördükləri pis rəftarı bütün səlahiyyətlilərə çatdırmaq istədiyini ifadə edərək deyib: "Biz burada yəhudi düşmənliyi etmirik. Bunu xüsusilə ifadə etmək istəyirəm".

Karvanın rəhbəri Eyüp Ənsar Uğur da bayramda 5 günlük Qüds-İordaniya səfərinə çıxmaq istədiklərini ifadə edərək bildirib: "Keçiş məntəqələrində türkiyəli turistlərə diqqətə çarpan şəkildə fərqli tətbiqlər vardı. Məsələn, 'biz türkük' dediyimiz vaxt bizə "fatihə" surəsi oxudurdular. Bu axtarışlar səbəbiylə təyyarəmiz yarım saat gec qalxdı. Üç nəfər qadın ziyarətçi az qala təyyarəyə gecikəcəklərdi, biz dirəşdik, "onlar gəlmədən getmərik" dedik.

5 Sentyabr, 2011  16:33 Baxılıb: 992

Bu bölmədə