Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyadan Qəddafini müdafiə təklifi

Kremil devrilmiş hakimiyyəti danışıqlara cəlb etməyi təklif edir

Liviya prezidenti Müəmmər Qəddafi ilə qiyamçılar arasında toqquşma davam edir.
Qəddafinin paytaxt Tripolidən 70 kilometr uzaqlıqda yerləşən Ben-Valid şəhərində olduğu bildirilir. Onun qiyamçıların şəhəri təhvil vermək tələbini rədd etdiyi bildirilir.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi Liviyada sülh prosesinə devrilmiş Müəmmər Qəddafi tərəfdarlarını da cəlb etməyi zəruri sayıb. Bəyanatda qeyd olunur ki, Liviyada müharibənin sonu görünmür və axan qanı dayandırmaq üçün keçmiş hakimiyyət də bir tərəf kimi danışıqlara cəlb olunmalıdır.


M.Qəddafinin oğlu Saadi Qəddafi CNN telekanalı ilə əlaqə saxlayaraq bildirb ki, atası və qiyamçılar arasındakı mübarizədə neytral mövqe tutdur. O, atasını 2 aydır ki, görmədiyini deyib.

Qeyd edək ki, Ben-Valid. Qiyamçıların hərbi qüvvələri şəhəri mühasirəyə alıb. Milli Keçid Şurasının təmsilçisi Abdall Kanşilya həlledici hücuma hazırlaşdıqlarını bildirib. Bir sıra hərbi ekspertlər Müəmmər Qəddafinin Ben-Valid şəhərində olduğunu ehtimal edirlər.

RAMİL

5 Sentyabr, 2011  15:51 Baxılıb: 879

Bu bölmədə