Simsar.az | bizi özünüzə Simsar bilin
Ipotekanın məbləği artırılır, faizlər isə azaldılır

Yeni qaydalar təzə binalardan mənzil almağa imkan verəcək

“Biz ipoteka qaydalarına dəyişik haqqında sənədləri və yeni ipoteka proqramı ilə bağlı layihənin üzərində işləri artıq yekunlaşdırırıq, ümid edirik ki, yaxın aylarda hər iki sənədi qəbul edə biləcəyik”. APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E. Rüstəmovun sözlərinə görə, əhalinin ipoteka kreditindən daha kütləvi və asan istifadə edə bilməsi üçün şərtlərdə bir sıra radikal dəyişiklər ediləcək: “İpoteka kreditinin məbləğinin artırılması gözlənilir. Bu isə gənclərə köhnə mənzil fondundan yox, yeni tikililərdən mənzil almağa imkan verəcək”.

Mərkəzi Bankın sədri deyib ki, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması ilə bağlı da planlar var: “İpotekanın faiz dərəcələri indiki halda da aşağıdır, çünki bu ipoteka dövlət büdcəsindən maliyyələşdirilir, amma biz onu bir qədər də aşağı salınmasını planlaşdırırıq”.

Yeni təkliflərdə ipoteka alarkən ilkin ödəniş məbləği və girov məsələsində də dəyişikliklər edilməsi nəzərdə tutulub.

“Planlarımızda İpoteka Qarantiya Fondunun yaradılması var, əgər belə bir fond yaradılarsa, ilk növbədə bu fond vasitəsilə ilkin ödənişin məbləğini aşağı salmaq və yaxud da ayrı-ayrı hallarda hətta ondan qaçmaq mümkün olacaq”.

Sədr deyib ki, indiki halda girov kimi qəbul olunan mülkiyyət tam təhvil verilmiş və sənədləşməsi tam olaraq həyata keçirilənlərdir: “ Bu da yeni tikililərin ipoteka predimeti olmasına problem yaradır. Təkliflərdə nəzərdə tutulub ki, ipoteka ilə ev alan şəxslər, xüsusilə gənclər aldıqları evi ilkin qeydiyyat sənədi ilə girov qoya bilsinlər”.

Kommersiya ipotekası isə bazar qiymətlərinə əsaslanacaq: “Çünki bu ipotekanın maliyyələşməsinin mənbəyi dövlət büdcəsi yox, bankların bazardan cəlb etdiyi vəsaitlər olmalıdır. Bu ipotekanın əsas istifadəçiləri isə orta təbəqə olunmalıdır”.

E. Rüstəmov bu sənədin ilin sonuna kimi qəbul olunmasının gözlənildiyini də vurğulayıb.

5 Sentyabr, 2011  15:24 Baxılıb: 1111

Bu bölmədə