Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə təyyarələri PKK-çıları darmadağın edir

Hakurk bölgəsi bombalanıb

Türkiyə hərbi təyyarələri bu səhər Türkiyə-İran-İraq sərhəd üçbucağında olan Hakurk bölgəsini kəşfiyyat uçuşlarından sonra bombalayıb.

Simsar.az-ın “Doğan”a istinadən verdiyi xəbərə görə, İraq prezidenti Cəlal Tələbaninin lider olduğu Kürdüstan Yurtsevər Birliyinin internet saytı bu səhər saatlarında İraq hava sahəsinə girən türk hərbi təyyarələrinin PKK-li terroristlərin gizləndiyi Hakurk, Sidekan, Sinin, Lolan bölgələri üzərində kəşfiyyat uçuşları reallaşdırdığı və təqribən 1 saat sonra bu bölgələri havadan bombaladığı iddia edilir. Türk hərbi təyyarələrinin havadan bombaladığı bölgə İranın PKK-nın fəaliyyət göstərən qolu PJAK-a qarşı başlatdığı əməliyyatların baş verdiyi bölgələrə yaxındır.

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqdakı PKK düşərgələrinə qarşı hava əməliyyatları davam edərkən, İran ordusunun PJAK-a qarşı Şimali İraq torpaqlarında başlatdığı və daha çox Qəndil dağı ətəklərini əhatə edən quru əməliyyatı və topçu hücumu davam edir. Şimali İraqdakı rəsmi qaynaqlar İranın topçu hücumları nəticəsində Peşmərgə hərbi bazasının da vurulduğunu açıqlayıb. Bombanın hədəfi olan Peşmərgə bazasında heç kimin ölmədiyi bildirilib.

İran ordusunun iki gündür Zevk, Alyereş, Sunen və Şene kəndlərinin çöllərini və Qəndil bölgəsini bombalayıb. PKK terror təşkilatı üzvləri dünən verdiyi açıqlamada deyib ki, İranın hücumları artarsa, onlar İrana qarşı mübarizə aparacaq.

5 Sentyabr, 2011  15:12 Baxılıb: 897

Bu bölmədə