Simsar.az | bizi özünüzə Simsar bilin
POLAT ALEMDARA SƏRT MESAJ...

"Heç olmasa bir seriyada da problemləri silahsız həll edin!”

Türkiyə Dövlət Radio və Televiziya İdarəsinin rəhbəri Davut Dursun məşhur “Kurtlar Vadisi” serialında Polat Alemdarı canlandıran Necati Şaşmazı təəccübləndirən tələblə çıxış edib. Türkiyə mətbuatı yazır ki, Dursun Şaşmazdan “heç olmasa bir seriyada da problemləri silahsız həll edin!” tələbini irəli sürüb.

“Filmlərdə hər şey ola bilər, lakin hər şey gərək qədərində olsun” deyən Dursun seriallarda döyüş səhnələrinin həddindən artıq olmasından şikayətlənib. O Polat Alemdar rolunu canlandıran Necati Şaşmazla aralarında olan söhbəti belə açıqlayıb.

“ “İstanbul Bağcılar”dakı tədbirdə bir yerdə idik. O da tədbirə məruzəçi kimi gəlmişdi, mən də. Oradan çıxarkən, ona dedim: “Allah xatirinə, bir seriada, heç olmasa bir gün problemləri danışıq yolu ilə həll edin. Bütün problemləri silahla həll edirsiz. Nə oldu, elə silahdan atəş açırsız. Problemləri müzakirə yolu ilə həll etməyə çalışın. Hər bir məsələni silahla həll etməyin”. Təbii ki, əvvəlcə Necati sözümdən çaşdı və gülümsəyərək: “Səndəmi, cənab?”, - dedi”.

ans

5 Sentyabr, 2011  01:24 Baxılıb: 1089

Bu bölmədə