Simsar.az | bizi özünüzə Simsar bilin
ELMİRA SÜLEYMANOVA SAXLANMA TƏCRİDXANALARINA BAXIŞ KEÇİRİB

Ombudsman Cəlilabad, Masallı və Lənkəran Rayon Polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına baxış keçirib

Ombudsman Elmira Süleymanova və İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) Cəlilabad Regional Mərkəzinin əməkdaşları Cəlilabad, Masallı və Lənkəran Rayon Polis şöbələrinin (RPŞ) müvəqqəti saxlanma təcridxanalarına (MST) baxış keçiriblər. 

Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, baxış zamanı saxlanılan şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah olunub, saxlanılmalarının qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb. Habelə MPM barədə ətraflı məlumat verilib, saxlanma şəraitinin müvafiq normalara uyğunluğu, vəkillə təmin olunmaları, tutularkən, istintaq və ya digər prosessual hərəkətlərin həyata keçirilməsi zamanı hər hansı təzyiqə məruz qalıb-qalmamaları, tibbi yardımın göstərilməsi, saxlanma şəraiti ilə əlaqədar kameraların normal işıqlanma və ventilyasiyası, ibadət otağının olması, gündəlik isti yeməyin verilməsi, gigiyena tələblərinə riayət edilməsi yoxlanılıb.

Söhbət aparılan şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Ombudsman baxış keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

4 Sentyabr, 2011  02:21 Baxılıb: 939

Bu bölmədə