Simsar.az | bizi özünüzə Simsar bilin
İranda aksiyalar olacaq

Bu gün "Qəzəb günü"dür

Bu gün Təbriz və Urmiya başda olmaqla, Cənubi Azərbaycanın iri şəhərlərində Urmiya gölünün qurudulmasına etiraz olaraq kütləvi aksiyalar keçiriləcək.

Simsar.az-ın məlumatına görə, artıq günlərdir ki, milli fəallar etiraz aksiyalarına cağırış üçün 100 minlərlər vərəqələr yayıblar. Vərəqələrdə gölün əhəmiyyəti, onun quruma təhlükəsi, İran hökumətinin bu zəmində qərəzli siyasətindən geniş bəhs edilib. 

Qeyd edək ki, etiraz aksiyaları bütün şəhərlərdə eyni vaxtda-Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Artıq İran təhlükəsizlik qüvvələri bütün şəhərləri nəzarətə götürüb. Əlavə qüvvələr cəlb edilib. Geniş miqyaslı toqquşmaların olacağı istisna edilmir.

3 Sentyabr, 2011  18:35 Baxılıb: 1052

Bu bölmədə