Simsar.az | bizi özünüzə Simsar bilin
Baş nazir ölkəsini təhqir etdi

"Bir neçə aydan sonra ürəkbulandıran İtaliyadan gedəcəm"

İtaliya baş naziri Silvio Berluskoni öz ölkəsini təhqir edib. O, 13 iyulda V Lavitol adlı şəxslə telefon danışığı zamanı bir neçə aydan sonra “ürəkbulandıran İtaliya”dan gedəcəyini deyib. Berluskoninin telefon danışığı yer almış audioyazı isə İtaliya müxalifəti nümayəndələri arasında böyük narazılığa səbəb olub. Silvio Berluskoni isə öz növbəsində belə sözlər işlətmədiyini qeyd edərək İtaliyanı tərk etməyəcəyini bildirib.

“Mən İtaliyanı dəyişmək üçün qalacağam”, - deyə baş nazir vurğulayıb. Ancaq onun təkzib xarakterli bu sözləri İtaliya müxalifəti nümayəndələrində ayrıca narazılığa səbəb olub. “Görünür mən dəyişəcəm dedikdə o, öz üzünü nəzərdə tutur”, - deyə İtaliya müxalifətinin liderlərindən biri Antoni di Petro bildirib.

3 Sentyabr, 2011  18:35 Baxılıb: 964

Bu bölmədə