Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə İsrailə qarşı daha da sərtləşə bilər

"İsrail hökuməti öz xalqına da yükdür"

Türkiyənin dövlət başçısı Abdullah Gül İsrailə qarşı atılmış addımlarla bağlı açıqlama verib. Ötən gün cümə namazından qayıdışda mətbuat nümayəndələrinin suallarına cavab verən Türkiyə prezidenti İsrailə qarşı başqa tədbirlərin də görüləcəyini istisna etməyib.

"Bu açıqlamalar və reaksiyalar dava əvvəl olacaqdı, amma bəzi ölkələrin xoş niyyətli yanaşmalarına şərait yaratmaq üçün bu günə saxlanmışdır. Dövlətimizin qərarlarını kimsə bəlkə də anlaya bilməyib. Hazırki tədbirlər bunun ilkin mərhələsidir. Hadisələrin gedişatından və İsrailin davranışından asılı olaraq, gələcəkdə başqa tədbirlərin görülməsi də mümkündür." - Abdullah Gül belə deyib.

İsrail hökumətinin öz xalqına da əslində yük olduğunu deyən Abdullah Gül, Türkiyənin regionun ən güclü ölkəsi olaraq sadəcə öz hüququnu deyil, bütün məzlumların hüququnu qorumaq üçün əlindən gələni edəcəyini bildirib. O, BMT-nin hesabatının Türkiyə üçün mövcud olmadığını da vurğulayıb.

3 Sentyabr, 2011  18:35 Baxılıb: 913

Bu bölmədə