Simsar.az | bizi özünüzə Simsar bilin
Abdulla Gül sükan arxasında

Prezident "Cadillac"da

Həmyerlisisi Fateh Karamancının maşını ilə Tarabyada qısa bir gəzinti edən Türkiyə prezidenti Abdullah Gül bu gəzintinin fotolarını Twitter hesabında paylaşıb. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən həftə müsahibəsində avtomobil sürmək üçün darıxdığını deyən Gülə həmyerlisi, iş adamı Fateh Karamancı jest edib. Belə ki, Karamncının “Cadillac” markalı avtomobilinin sükan arxasına əyləşən Gül Tarabyada avtomobillə gəzinti edib. Prezident bu gəzintini şəxsi Twitter hesabında “Bu yaxınlarda Kayserideə qurduğumuz universitetin dəstəkləmə dərnəyinin qurucularından biri, həmyerlim fateh Karamancı bir həftəsonu şəkildəki avtomobili ilə gəldi. Biz də minib Tarabyada qısa gəzinti etdik” sözlərini paylaşıb.

3 Sentyabr, 2011  18:30 Baxılıb: 988

Bu bölmədə