Simsar.az | bizi özünüzə Simsar bilin
Elxan Poluxovun yerinə işci təyin olundu

Xarici İşlər Nazirliyinin yeni mətbuat katibi  Elman Abdullayevdir  

APA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün əvvəl müvafiq sərəncam imzalayıb.

Buna qədər Elman Abdullayev nazirliyin mətbuat xidmətinin birinci katibi vəzifəsində çalışıb.

E. Abdullayevdən əvvəl XİN-in mətbuat katibi olmuş Elxan Poluxov ötən ay Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri təyin edilib.

3 Sentyabr, 2011  16:40 Baxılıb: 870

Bu bölmədə