Simsar.az | bizi özünüzə Simsar bilin
Deputatlar Starasburqa gedir

Onlar AŞPA-nın iclasında iştirak edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Rəfael Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının daimi komitələrinin sentyabrın 7-dən 12-dək Parisdə keçiriləcək iclaslarında iştirak etmək üçün Fransaya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, hüquqi işlər və insan haqları, Monitorinq, Qadınlar və Kişilər üçün bərabər imkanlar, Sosial, səhiyyə və ailə işləri üzrə komitələrinin toplantılarında dövlət sirri və milli təhlükəsizlik məsələləri, terrorizmə qarşı mübarizə, onlayn mətbuatda məxfiliyin və şəxsi məlumatların mühafizəsi, Ermənistanda demokratik təsisatların fəaliyyəti, Serbiyada öhdəliklərin yerinə yetirilməsi, Türkiyədə mövcud durum, dünyada qadın hüquqlarının qorunması, siyasi partiyalarda gender bərabərliyinin təşviqi və digər məsələlər müzakirə ediləcək.

Qurumun Mədəniyyət, elm və təhsil üzrə komitəsinin iclası İsveçrənin Stokholm şəhərində keçiriləcək. Burada Azərbaycan parlamentini Mədəniyyət komitəsinin sədr müavini Rəfael Hüseynov təmsil edəcək. Komitədə Avropada mədəni abidələrinin qorunması prioritetləri, audiovizual mədəni irsin mühafizəsi məsələləri müzakirə olunacaq.

3 Sentyabr, 2011  16:19 Baxılıb: 910

Bu bölmədə