Simsar.az | bizi özünüzə Simsar bilin
MSK-da kurslar başladı

MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov  iştirak edəcəklər.

MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurslar prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar keçirilir.

Məqsəd sərəncama uyğun olaraq MSK-nın qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır. Kursların açılış mərasimində MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Sentyabrın 5-dən 11-dək keçiriləcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, Daxili İşlər və Ədliyyə nazirliklərinin məsul şəxsləri, MSK-nın üzvləri, şöbə müdirləri və hüquqşünas alimlər mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.
Proqramın növbəti mərhələsi olaraq sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007-ci, 2009-cu və 2010-cu illərdə də Azərbaycan prezidentinin sözügedən sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.

2 Sentyabr, 2011  20:12 Baxılıb: 924

Bu bölmədə