Simsar.az | bizi özünüzə Simsar bilin
ŞUŞADA OTEL TİKİLMƏSİNƏ XİN REAKSİYA VERDİ

Elman Abdullayev: “Otel qanunsuz hesab olunmalıdır və hər hansı beynəlxalq qurum tərəfindən tanınmamalıdır”

“Xaricdə yaşayan erməni diasporunun maliyyə dəstəyi ilə Dağlıq Qarabağda separatçı rejimin qədim Azərbaycan şəhəri olan Şuşada otel tikdirməsi Xarici İşlər Nazirliyi tərəfindən pislənilir. Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan orada yalnız rəsmi qurumların icazələrindən sorna hansısa tikinti işləri aparıla bilər”.

Bunu Simsar.az saytına Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin birinci katibi Elman Abdullayev deyib.


Bir neçə gün öncə Şuşada “Şuşi Qrand Otel” adlı otelin açılışı olub. Açılışda separatçı Dağlıq Qarabağ respublikasının "prezidenti" Bako Saakyan da iştirak edib. Tikinti işlərini Livan və ABŞ-dan olan erməni xeyriyyəçilər maliyyələşdirib.

E.Abdullayev bildirir ki, erməni diasporu münaqişənin dinc yolla həllində ciddi mane olur: “Şuşada tikilən otel qanunsuz hesab olunmalıdır və hər hansı beynəlxalq qurum tərəfindən tanınmamalıdır. Rəsmi Bakı məsələ ilə bağlı müvafiq addımlar atacaq”.

RAMİL

2 Sentyabr, 2011  20:06 Baxılıb: 1083

Bu bölmədə