Simsar.az | bizi özünüzə Simsar bilin
Həmsədrlər bu ayın 15-də gəlirlər

Həmsədrlər eyni zamanda Xankəndinə səfər edərək, orada separatçı rejimin rəhbərləri ilə görüş keçirəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri sentyabrın 15-də gözlənilir. Bu barədə Simsar.az-a diplomatik mənbələrdən məlumat verilib.

Səfər zamanı həmsədrlər hər iki ölkənin rəhbərliyi ilə görüşlər keçirəcək və bu görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin perspektivlərinin və gələcək addımları müzakirə edəcəklər. Həmsədrlər eyni zamanda Xankəndinə səfər edərək, orada separatçı rejimin rəhbərləri ilə görüş keçirəcəklər.

Hazırda Minsk qrupu həmsədrlərinin regiona səfərinin dəqiq tarixi müəyyənləşdirilir.

2 Sentyabr, 2011  19:35 Baxılıb: 865

Bu bölmədə