Simsar.az | bizi özünüzə Simsar bilin
NATO TÜRKİYƏDƏ RADAR YERLƏŞDİRƏCƏK

Türkiyə əvvəldən bu təşəbbüsün reallaşmasına dəstək verib

ABŞ və NATO-nun qurmaqda olduğu raket hücumundan müdafiə sistemi çərçivəsində Türkiyə ərazisində erkən xəbərdarlıq radarı yerləşdiriləcək.


Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Selçuk Ünal bəyan edib.

O xatırladıb ki, radarın yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabon sammitində qəbul edilib. Türkiyə əvvəldən bu təşəbbüsün reallaşmasına dəstək verib.

Radarın Türkiyənin cənub-şərqində yerləşdiriləcəyi bildirilir.

Corc Buş administrasiyası dövründə ABŞ Polşada tutucu raket, Çexiyada isə radar sistemi yerləşdirməyi düşünürdü. Moskva bunu öz strateji nüvə potensialı üçün birbaşa təhlükə sayırdı. Prezident Barak Obama bu planları təxirə salsa da, onlardan tam imtina etməyib ("Azadlıq" radiosu).

2 Sentyabr, 2011  18:44 Baxılıb: 926

Bu bölmədə