Simsar.az | bizi özünüzə Simsar bilin
BAKIDA 4 YENİ MƏKTƏB BİNASI TİKİLƏCƏK

Bu il Bakıda 4 yeni məktəb binası inşa olunacaq

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən bu il Bakıda 4 yeni məktəb binasının, 2 məktəbə əlavə korpusun, 20 məktəb üçün əlavə sinif otaqlarının tikintisinin, 44 məktəb və 51 uşaq bağçasının əsaslı təmirinin, 6 məktəbdə bərpa işlərinin başa çatdırılması nəzərdə tutulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTI) verilən məlumata görə, hazırda yeni dərs ili ilə bağlı Bakının bütün təhsil müəssisələrində ciddi hazırlıq işləri görülür.

Qeyd edək ki, bu il Bakının bütün siniflərində vahid məktəbli geyimi tətbiq olunacaq.

2 Sentyabr, 2011  18:33 Baxılıb: 1095

Bu bölmədə