Simsar.az | bizi özünüzə Simsar bilin
İsrail Türkiyəyə təzminat ödəsin

BMT: “Mavi Mərmərə hücumu məntiqsizdir”

“New York Times” qəzeti BMT-nin İstintaq Komissiyasının hesabatında, 2010-ci ilin may ayının sonunda İsrail ordusunun açıq dənizdə Mavi Marmara gəmisinə etdiyi və 9 türkün həyatını itirdiyi hücumun həddindən artıq məntiqsiz olduğunu açıqlayıb.

Simsar.az saytının ensonhaber.com-a istinadən verdiyi məlumata görə, Yeni Zelandiyanın keçmiş baş naziri Geoffrey Palmerin rəhbərliyi ilə komissiyasının apardığı istintaqda İsrailin mühasirə bölgəsinə əvvəldən xəbərdarlıq etmədən gəmiyə hücumu pislənilir. Buna baxmayaraq, hesabatda İsrailin Qəzza zolağına tətbiq etdiyi mühasirənin beynəlxalq hüquq baxımından qanuni olduğu kimi zidiyyətli fikirlər də ifadə edilib. Həmçinin hesabatda, Türkiyə və İsrailin, "əlaqələrini Yaxın Şərqdəki sabitliyin lehinə düzəldərək", tam diplomatik əlaqələri yenidən bərpa etmək də tövsiyyə olunub.

105 səhifəlik hesabatda bildirilir ki, "Mavi Mərmərə" ya çıxan İsrail komandaları, bir qrup yolçunun təşkil etdiyi şiddətli müqavimətlə qarşı-qarşıya qaldığına görə özlərini qorumaq üçün gücdən istifadə olunub. Digər tərəfdən İsrail komandalarının istifadə etdiyi güc məntiqsiz olaraq xarakterizə edilən hesabatda, sərnişinlərin həyatlarını itirməsinin qəbul edilməz olduğu və İsrail ordusunun daha sonra sərnişinlərə pis rəftar etdiyi ifadə edilib.

Hesabatda İsrailin təzminat ödəməli olması da əksini tapıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT-nin Mavi Mərmərə hücumu ilə əlaqədar hesabatının rəsmi olaraq açıqlanmadan mətbuatda yayımlanmasını pisləyib: “Kim nə deyirsə desin, hansı mətbuat orqanında nə yazılırsa yazılsın, bu bizi təsir etmir. Türkiyə öz vətəndaşlarının hüququnu qoruyacaq qüdrətə sahib bir dövlətdir. İsrail üzr istəməsə, təzminat ödəməsə, gözlədiyimiz addımları atmadıqca bizim qərarımız da dəqiqdir”.

Aynurə

2 Sentyabr, 2011  16:47 Baxılıb: 885

Bu bölmədə