Simsar.az | bizi özünüzə Simsar bilin
GÜRCÜSTANDAN AZƏRBAYCANA ANTİ-RUSİYA TƏKLİFİ

Gürcüstan-Azərbaycan Konfederasiyası yenidən gündəmə gəlib

Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze Gürcüstan-Azərbaycan Konfederasiyasının (GAK) yaradılması məsələsini yenidən gündəmə gətirib. O, bildirib ki, GAK regional təhlükəsizliyin möhkəmlənməsinə müsbət təsir edəcək: “Texniki tərəfdən Gürcüstan tərəfinin bu məsələyə razılığı var. Təşəbbüsün hansı formalarda həyata keçəcəyi isə diplomatik danışıqlardan asılıdır”. 

Kalandadze onu da bildirib ki, “Konfederasiya çərçivəsində regionun gələcəyinə təsir edəcək münasibətlərimizin inkişaf planını çözə bilərdik, ölkələrimiz arasında onsuz da təqdirəlayiq iqtisadi əməkdaşlıq münasibətləri mövcuddur”.

Nazir müavininin sözlərinə görə, “Gürcüstan Bakı ilə Tiflis arasında konfederativ münasibətlərin formalaşmasını alqışlayır”.

Xatırladaq ki, ilk dəfə GAK məsələsi Azərbaycan prezidenti İlham Əliyevin Tiflisə səfəri zamanı onun həmkarı Mixail Saakaşvilinin dilindən səslənmişdi.

Azərbaycan-Gürcüstan münasibətlərinin strateji müttəfiqlikdən də o yana keçdiyini söyləyən Mixail Saakaşvili iki dövlətin konfederasiya ideyasını gündəmə gətirib.

Ekspertlər hesab edirlər ki, GAK-ın yaradılması ideyası indiki məqamda mümkünsüz görünür. Gürcüstan Rusiya ilə bütün münasibətlərini pozub, körpüləri yandırıb. Tiflisin Kremilə qarşı müqaviməti artırmaq üçün yeni müttəfiq lərə ehtiyacı var. Saakaşvili optimal müttəfiq qismində Azərbaycanı görür.

Ermənistana dəstək versə belə, Azərbaycanın Rusiya ilə münasibətləri korlamaq, güclü dövlətin zəif düşməninin yanında olmaq niyyətində deyil.


Məlumatlara görə, GAK təşəbbüsü məhz Ağ Evdən gəlib və dövlət katibi Hillari Klintonun regiona son səfəri zamanı gündəmə gətirilib. Məqsəd Cənubi Qafqazı Rusiyanın nəzarətindən çıxarmaqdır.

Ekspertlərə görə, GAK-ın yaradılması indiki məqamda Cənubi Qafqaza, o cümlədən, Azərbaycana müsbət heç nə vəd etmir. Bu regondakı münaqişələrin daha da mürəkkəbləşməinə, alovlanmasına gətirib çıxaracaq.

RAMİL

2 Sentyabr, 2011  16:19 Baxılıb: 951

Bu bölmədə