Simsar.az | bizi özünüzə Simsar bilin
180 KQ ƏRZAQ MƏHV EDİLİB

Azərbaycanda 180 kq-a yaxın yararsız ərzaq malları aşkar edilib

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı ümumi çəkisi 180 kq-a yaxın olan istehlaka yararsız mallar aşkar edilərək satışdan çıxarılıb.

Nazirlikdən cümə axşamı verilən məlumata görə, Bakının Xətai və Binəqədi rayonlarında, Ağstafa və Quba şəhərlərində, eləcə də Füzuli və Ağdaş rayonlarında keçirilən monitorinqlər zamanı ümumi çəkisi 180 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

2 Sentyabr, 2011  02:38 Baxılıb: 1055

Bu bölmədə