Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident başsağlığı verdi

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz Al Səuda başsağlığı verib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Məktubda deyilir:

“Şahzadə həzrətləri,
Əziz qardaşım,
Həyat yoldaşınız Şahzadə Munira bint Əbdüləziz bin Musaidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”.

2 Sentyabr, 2011  01:54 Baxılıb: 916

Bu bölmədə