Azərbaycanda çay istehsalı ildən-ilə azalır
Əsas səbəb yerli şirkətlərin xarici çaylara üstünlük vermələridir Azərbaycanda məhsul yığımı mövsümünün başladığı vaxtdan 338,1 ton yaşıl çay yarpağı yığılıb ki, bu da ötən ilin analoji dövründə toplanan məhsuldan 23,1 ton azdır. Bu barədə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib. Hazırda Azərbaycan çaya olan tələbatının 95 faizdən çoxunu xarici məhsul hesabına ödəyir. Vaxtilə Azərbaycanda çay plantasiyalarının sahəsi 13 min hektara çatırdısa, indi bu rəqəm 1000 hektara düşüb. Nəticədə yerli məhsul ölkənin daxili tələbatının yalnız 4-5 faizini ödəyə bilir. Yerli istehsal isə ilbəil azalmağa doğru gedir.
1 Sentyabr, 2011 20:01 ⁄ Baxılıb: 2718
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |