Simsar.az | bizi özünüzə Simsar bilin
Prezidentlər nə vaxt görüşəcək?

Elmar Məmmədyarov bu suala cavab verməyib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında növbəti görüşün keçirilməsi təklifinə münasibət bildirməyib.

Nazir bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdirilməsinin tərəfdarıdır: "Hesab edirik ki, danışıqlar davam etdirilməlidir. İndiyədək bu yolda böyük işlər görülüb və bir sıra razılaşmalar əldə olunub".

XİN rəhbəri deyib ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: "Ermənistan işğalçı qüvvələri işğal olunmuş torpaqlardan çıxarılmalıdır".

1 Sentyabr, 2011  19:27 Baxılıb: 841

Bu bölmədə