Simsar.az | bizi özünüzə Simsar bilin
"Eurovision"un bileti neçəyə olacaq?

Yarışmanın harda keçiriləcəyi hələ bilinmir

"Eurovision Mahnı Müsabiqəsi"nin rəhbərliyi Bakıda səfəri çərçivəsində müsabiqənin loqosu, biletlərin qiyməti və keçiriləcəyi yerlə bağlı mövqeyini açıqlayıb.

Trend-in məlumatına görə, ITV-dən bildirilib ki, "Eurovision"ın baş prodüseri Jon Ola Sand (Jon Ola Sand) və müsabiqənin təşkilati rəhbəri Sietse Bekker (Sietse Bakker) İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktor İsmayıl Ömərovla görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012"-nin təşkilati, texniki, hüquqi və yaradıcılıq məsələlərini müzakirə ediblər.

Sietse Bekker görüşdə Azərbaycanda müsabiqənin harada keçiriləcəyi ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, tikinti işləri vaxtında başa çatdırılmalıdır.

"Şou yeni tikiləcək bir məkanda keçiriləcəksə, onda ehtiyat kimi "B variantı" lazımdır. Əgər hansısa səbəbdən gecikmə və ya başqa bir çətinlik ortaya çıxarsa, ehtiyat variant kimi nativ yer olmalıdır", - Bekker bildirib.

Jon Ola Sand isə görüşlər zamanı bildirib ki, müsabiqə məkanı kimi yeni yerin tikintisinə başlanılacaq. "Lakin biz Bakıda müxtəlif yerlərdə olduq və həmin yerləridə dəyərləndirərək aletrnativ kimi qüvvədə saxladıq", - o qeyd edib.

Sand həmçinin qeyd edib ki, müsabiqənin biletlərinin qiymətləri İctimai Televiziya və digər aidiyyatı qurumlarla müəyyənləşdiriləcək. "Amma bilet qiymətləri müəyyənləşdirilərkən əhalinin də büdcəsi nəzərə alınacaq. Çünki bu tədbir sadəcə sosial vəziyyəti yaxşı olanlar üçün deyil, həm də sıravi insanlar üçündür. Hər şey əvvəlcədən nəzərə alınacaq", - o deyib.

"Eurovision Mahnı Müsabiqəsi"nin rəhbərliyi yarışmanın loqosu ilə bağlı qeyd edib ki, bu tədbirin ən incə nüanslarından biridir və o tək simvol funksiyasını yerinə yetirmir. "Simvoldan çox bu bütün dünyaya göndərilən bir mesajdır və bunu fikirləşmək üçün kifayət qədər vaxtımız var", - Sand deyib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) " Running Scared" mahnı sı ilə " Eurovision 2011" mü sabiqə sinin qalibi olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared"). Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.

1 Sentyabr, 2011  18:07 Baxılıb: 1225

Bu bölmədə