Simsar.az | bizi özünüzə Simsar bilin
Gülbən Ərgən ərindən niyə boşanıb?

“Burada qısqanclıqdan söhbət belə gedə bilməz”

Türkiyənin məşhur müğənnisi Gülbən Ərgən ilk dəfə həyat yoldaşı Mustafa Ərdoğandan ayrılma səbəbini açıqlayıb.


Simsar.az saytının ensonhaber.com-a istinadən verdiyi xəbərə görə, Gülbən Ərgən bildirib ki, həyat yoldaşı ona layiq olduğu dəyəri verməyib.

Həyat yoldaşı ilə xoşbəxt olduğu günlərin geridə qaldığını söyləyən müğənni deyib ki, əvvəlki qayğı və diqqətin olmaması onu bu addımı atmağa vadar edib: “Mən ailəq qurduğum, ayrıldığm zaman da hər zaman ağlımla deyil, ürəyimlə düşünürəm. Evlilikdən sonra deyil, amma uşaqlardan sonra çox yoruldum. 3 uşağı tərbiyə etmək və onların vəzifələrinin mənə verdiyi yorğunluğunun qarşısında layiq olduğum dəyər, qayğı və sevgini görməmək ağır gəldi. Bunun haqılı bir giley olduğunu düşünürəm. Bu addımım sırf bu səbələrdən irəli gəlir. Burada qısqanclıqdan söhbət belə gedə bilməz”.


Aynurə

1 Sentyabr, 2011  17:31 Baxılıb: 1085

Bu bölmədə