Simsar.az | bizi özünüzə Simsar bilin
Rauf Denktaş komada

Kipr Türk Cümhuriyyətinin qurucusunun vəziyyəti ağırdı

Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın vəziyyəti ağırdır. Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hazırda Levkoşa xəstəxanasında olan Rauf Denktaşın müalicəsi ilə məşğul olan həkim heyətinə rəhbərlik edən professor Mehmet Özmenoğlu deyib ki, Rauf Denktaş artıq huşunu itirib, ürək və ağciyərlərini tibbi aparatlara qoşmaq məcburiyyətində qalıblar. 

Rauf Denktaşın vəziyyətinin çox ağır olduğunu bildirən Mehmet Özmenoğlu tibbi baxımdan mümkün olan hər şeyin edildiyini vurğulayıb. Rauf Denktaşın oğlu, Demokrat Partiyasının sədri Sərdar Denktaş da açıqlama verib. O, atası ilə sonuncu dəfə dünən saat 8:00-9:00 radələrində danışdığını qeyd edib: “Atamdan sonuncu dəfə müalicə aldığı Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında qalmaq, yoxsa Şimali Kiprə geri dönmək istədiyini soruşdum. Atam dedi ki, hər ikisi vətəndir, ancaq uşaqlarım və nəvələrim Şimali Kiprdədir, geri dönək. Hazırda şüuru üstündə deyil. Allahın təqdiri ilə yenidən danışacağını gözləyirik. Biz onun yaşadığı hər günü bizə verdiyi bir hədiyyə kimi qəbul edirik”.

1 Sentyabr, 2011  17:17 Baxılıb: 966

Bu bölmədə