Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə sonuncu PKK üzvünü məhv edənə qədər mübarizə aparacaq

"Hər şəhid xəbərində dünya başımıza yıxılır"

Türkiyə Baş nazirinin müavini Bülənt Arınç terrorla mübarizə mövzusunda əldə olan imkanların hər keçən gün artdığını söyləyib. O deyib: “İndi imkanlarımız daha çox olacaq. Onları hərəkətsiz hala getirəcəyik”.

SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Baş nazirin müavini Bülənt Arınç Bursada bayram ziyarətləri çərçivəsində Türkiyə Hərbi Veteranları Şəhid-Dul və Yetimləri Dərnəyinin Bursa şöbəsini ziyarət edib. Burada şəhid yaxınlarını tək-tək dinləyən Arınç, ailələrin sullarına cavab verib. Şəhid ailələri Dağlıca və Hantepe hücumlarında bəzi səhvlərə yol verilməsi və yardımın gec getməsi ilə bağlı internetə düşən səs yazıları və mətbuatda çıxan xəbərləri xatırladaraq kədərlərini dilə gətiriblər.

Bülənt Arınç isə bu məsələni araşdırdıqlarını deyərək, səhvi olanların cəza almasının vacibliyini vurğulayıb. Terror probleminin 1979-da ortaya çıxdığını və hələ də davam etdiyini xatırladan Arınç söyləyib: "Bunlar nə Allahı bilirlər, nə peyğəmbəri, nə axirəti. Bunlar yalnız qan ilə qidalanırlar. Allah özü onların cəzasını versin".

Polis və əsgərlər ilə mübarizənin davam etdiyini vurğulayan Arınç sözlərini belə tamamlayıb: "Əlimizdəki gücləri istifadə edərək onları yox etməyə çalışırıq. İndi imkanlarımız daha çox olacaq. Onları hərəkətsiz hala gətirəcəyik və cəld ələ keçirəcəyik. Hər şəhid xəbərində dünya başımıza yıxılır. İnşallah bu da bitəcək".

1 Sentyabr, 2011  17:02 Baxılıb: 920

Bu bölmədə