Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENTLƏRİN GÖRÜŞÜ OLACAQ

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırlaşır.Ermənistanda nəşr olunan “Aykakan Jamanak” qəzetinin verdiyi məlumata görə, vasitəçilər prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında görüşü BMT-nin 66-cı sessiyasının sentyabrın 13-də keçiriləcək açılışı çərçivəsində təşkil etməyi nəzərdə tutur.Qəzetin yazdığına görə, beynəlxalq diplomatik dairələrdə bu görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sonuncu şans hesab edirlər. Çünki sentyabr ayında Ermənistanda gərgin siyasi proseslər gözlənilir.Bundan başqa, yaxın gələcəkdə həmsədr ölkələrdə (Rusiya, Fransa, ABŞ) seçkilər keçirilməlidir.

1 Sentyabr, 2011  16:23 Baxılıb: 874

Bu bölmədə