Simsar.az | bizi özünüzə Simsar bilin
İran səfirliyinin qarşısında aksiya

"Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!" şüarı ilı keçirilən aksiyanın qarşısı alınıb

Bu gün saat 12:00 radələrində bir qrup gənc İranın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirib. Aksiya iştirakçıları İçərişəhər metrostansiyasının qarşısından İranın Bakıdakı səfirliyinin binasına doğru yürüş ediblər.

Gənclər aksiyanın qətnaməsini oxuyaraq, qətnamənin sürətini səfirliyə təqdim etmək istəyiblər. Lakin səfirlikdən qətnaməni qəbul edən olmayıb və qətnamə səfirliyin poçt qutusuna atılıb.

Polis aksiyanın qarşısını alıb.

Gənclərin nümayəndəsi Asim Kazımlı ANS PRESS-ə açıqlamasında bildirib ki, aksiyanın keçirilməsində məqsəd Cənubi Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz etmək və cənubi azərbaycanlılara dəstək olmaq olub. Belə ki, İranda azərbaycanlıların yaşadığı II böyük şəhər Urmiyadır. Urmiya şəhərinə 30 km yaxınlıqda dünyanın II böyük duz gölü olan Urmiya gölü yerləşir. Son 10 ildə Urmiya gölünün 80 faizi quruyub. Göl hazırda sürətli şəkildə qurumaqda davam edir.

Qeyd edək ki, cənubi azərbaycanlılar bir neçə ildir ki, gölün qurumasına etiraz olaraq aksiyalar keçirirlər. Son günlər belə aksiyalar intensivləşib.

1 Sentyabr, 2011  16:15 Baxılıb: 1099

Bu bölmədə