Simsar.az | bizi özünüzə Simsar bilin
"Yaxşı Cazibə"nin kollektivi Bakıda

Filmin bir hissəsi burada çəkiləcək

Türkiyənin sevilən, Azərbaycanda da çoxsaylı tamaşaçı auditoriyası olan “Yaxşi Cazibə” teleserialının yaradıcı heyəti bu gün Bakıya gəlib. APA-nın məlumatına görə, Azərbaycana gələn 20 nəfərlik heyətdə “Yaxşı Cazibə” serialının ssenari müəllifi Gari Müjde, rejissoru Bora Onur, serialın operatorları, serialın məsləhətçisi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova, eləcə də əsas rolların ifaçıları Aslihan Gürbüz (Cazibə), Hakan Yılmaz (Kamal) və Hande Katiboğlu (Simge) da var.


Qeyd edək ki, “Yaxşı Cazibə”nin bir bölümü Azərbaycanda çəkiləcək. Çəkilişlər sentyabrın 1-i və 2-də baş tutacaq. Çəkilişlərin Bakıda Dənizkənarı Milli Parkda aparılması nəzərdə tutulur. Serialın Bakıda lentə alınacaq seriyasında Azərbaycana “Eurovision” birinciliyi gətirən Nigar Camalı da rol alacaq. O bu seriyada Cazibənin Bakıdakı rəfiqəsi rolunu canlandıracaq. “Yaxşı Cazibə”nin Azərbaycanda çəkiləcəyi seriyası Cazibənin Vətəninə qonaq gəlməsindən bəhs olunacaq.

Səfər müddətində sentyabrın 1-də yaradıcı heyət, sevilən aktyorlar, eləcə də Məlahət Abbasova İctimai Televiziyanın “Səhər” proqramında qonaq olacaqlar. Sabah axşam isə “Yaxşı Cazibə” Azərbaycanın media mənsubları ilə görüşmək niyyətindədir. Yaradıcı qrup çəkilişlərdən dərhal sonra Türkiyəyə qayıdacaq.

1 Sentyabr, 2011  16:01 Baxılıb: 1158

Bu bölmədə