Simsar.az | bizi özünüzə Simsar bilin
Aparıcımız Demet Akalının eks həyat yoldaşı ilə ailə qurur-EKSKLÜZİV

OĞUZ KAYHAN: “LEYLA İLƏ XOŞBƏXTƏM”

Model Günay Musayevadan sonra indi də türk mətbuatı azərbaycanlı eks teleaparıcı Leyla Süleymanovanın da tanınmış türk vətəndaşı ilə ailə quracağı barədə xəbərlər yayıb. Həmyerlimiz məşhur müğənni Demet Akalının eks həyat yoldaşı Oğuz Kayhanla nigah masasına əyləşəcək. 8 aydır bərabər olan cütlüyün fikri qətidir. O.Kayhan önümüzdəki ay Azərbaycana gəlib Leylanı valideynlərindən istəyəcək.
Sevgililər evləndikdən sonra övlad sahibi olmaq niyyətində olduqlarını açıqlayıblar.
Demet Akalından sonra adı heç kimlə sevgili kimi hallanmayan Kayhan Leyla ilə tanış olana qədər Chocolate ilə bağlı proyektlərlə məşğul olub. Hazırda Leyla ilə xoşbəxt olduqlarını deyən işadamı həmyerlimizlə evliliyinin ömrlərinin sonuna qədər sürməsi arzusunda olduğunu dilə gətirib.

Azər

1 Sentyabr, 2011  15:52 Baxılıb: 1308

Bu bölmədə