Simsar.az | bizi özünüzə Simsar bilin
“İranı bombalaya bilərik”

Fransa prezidenti Nikolya Sarkozi ölkəsinin xaricdəki səfirlərinin iştirakı ilə keçirilən konfransda İran və Suriyanı hədələyib.

Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Nikolya Sarkozi deyib ki, İranın hərbi, nüvə və ballistik raketləri təhdid yaradır. 

O vurğulayıb ki, Tehran bu məsələlərdə israrını davam etdirərsə, bu, İranın nüvə obyektlərinə qabaqlayıcı hava hücumuna yol aça bilər. Nikolya Sarkozi Suriya prezidenti Bəşər Əsədin də yanlış yolda olduğunu və aksiyaçılara qarşı bağışlanmaz səhvlərə yol verdiyini dilə gətirib. Fransa prezidenti bildirib ki, ölkəsi digər ölkələrlə birlikdə Suriya xalqının demokratiya və azadlıq yönündəki istəyini dəstəkləyir.

1 Sentyabr, 2011  15:47 Baxılıb: 982

Bu bölmədə