Simsar.az | bizi özünüzə Simsar bilin
PENTAQON AZƏRBAYCANA HƏRBİ YARDIM AYIRIB

Pentaqonun ayırdığı 44 milyon dollarlıq hərbi yardım paketinə Azərbaycan üçün 10 milyon dollarlıq yardım da daxildir

Bu barədə “Associated Press” agentliyi əldə olunan sənədlərə istinadən məlumat verir.

Vəsaitin ayrılmasına əsas səbəb terrorizmlə mübarizədə xüsusi hərbi-dəniz qüvvələrinin imkanlarının artırılmasıdır. Yardım kiçik katerlər, motorlar, digər ləvazimatlar və təlim üçün nəzərdə tutulub.

Pentaqon Azərbaycanla yanaşı, Tunis, Malta, Litva və Macarıstana da yardım ayıracaq.

Məlumata görə, paket bu yaxınlarda Pentaqonun nümayəndələri tərəfindən təsdiqlənib və tədarükün həyata keçirilməsindən əvvəl xəbərdarlıq proseduru çərçivəsində ABŞ Konqresinə göndərilib.

Pentaqon hər il üç və ya dörd istiqamətdə hərbi yardım göstərir.

Bir il əvvəl imzalanmış və 43 milyon dollara yaxın məbləğdə olan birinci paket NATO və Əfqanıstandakı müharibə üçün, digər müttəfiqlər üçün nəzərdə tutulmuşdu. 145,4 milyon dollarlıq ikinci paket "Əl-Qaidə" qruplaşması ilə əlaqəsi olan terrorçularla mübarizə üçün əsasən Şimali Afrika ölkələrinə göndərilmişdi.

31 Avqust, 2011  21:25 Baxılıb: 1017

Bu bölmədə