Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin izi tapıldı

Diktator Sabha şəhərində, arvadı və uşaqlarının bir neçəsi Əlcəzairdədir

Müəmmər Qəddafi Liviyanın cənubunda səhrada yerləşən Sabha şəhərindədir. Simsar.az-ın məlumatına görə, bu barədə xəbəri İngiltərənin “Sky News” telekanalı Qəddafinin ən küçük oğlu Hamisin 17 yaşlı mühafizəçisinə istinadən yayıb. 

Paytaxt Tripolinin keçən həftə üsyançı qüvvələr tərəfindən tutulmasından sonra Qəddafi yoxa çıxmış və harada olduğu hələ də müəyyən edilməmişdi. Hamisin ələ keçən və adı bildirilməyən mühafizəçisi, Qəddafinin avqustun 26-da yerli vaxtla saat 13:30-da oğluyla görüşdüyünü bildirib.

“Sky News”un yaydığı xəbərdə bildirilir ki, ağır toqquşmaların getdiyi vaxtda Qəddafi limuzinlə Tripolidəki bir binaya gəlib. Bundan sonra qızı Ayşə də ona qoşulub. “Sky News”un müxbiri Stüart Ramsey, gənc mühafizəçinin “Qəddafi və qızına çox yaxın olmadığını, ancaq onları çox dəqiq gördüyünü söylediyini” bildirib.

Məlumata görə, Qəddafi və qızı Ayşə limuzindən düşüb “Land Cruiser”ə minərək, Sabhaya yola düşüblər. Sabha, Qəddafinin ata yurdu Sirte istisna olmaqla, rejim güclərinin əlində olan bir neçə şəhərdən biridir.

Əlcəzairin Xarici İşlər Nazirliyi ötən gün Ayşənin, anası Safiyə və qardaşları Hannibal və Məhəmmədlə birlikdə sərhəddən keçdiyini açıqlamışdı.

31 Avqust, 2011  21:22 Baxılıb: 1030

Bu bölmədə